SUÖLÇMƏ MƏNTƏQƏLƏRİ

İstifadə olunma məqsədinə, istifadə edilmə müddətlərinə, konstruksiyalarına görə suölçmə məntəqələri müxtəlif qruplara və növlərə bölünür. İstifadə olunma məqsədinə görə suölçmə məntəqələri aşağıdakı növlərə ayrılır: 1) əsas məntəqələr – müntəzəm olaraq su səviyyəsi üzrə müşahidə aparmaq üçün qurulur. Müşahidə müddəti daimi xarakter daşıyır; 2) hidrokəsim məntəqələri – yalnız sərfin ölçülməsi üçün yaradılır. Bu, çox hallarda əsas məntəqədən aralı yerləşdirilir. 3) meyllik məntəqələri – çayın və digər axarların müəyyən hissəsində səviyyə düşməsini və ona müvafiq su səthinin meilliyini təyin etmək üçün nəzərdə tutulur; 4) hidroproqnoz məntəqələri – axarda suyun hidroloji rejimini öyrənmək üçün yaradılır; 5) xüsusi məntəqələr – yerli xarakter daşımaqla müəyyən məqsədlər üçün yaradılır. Burada yerli su mənbəyinə aid səciyyəvi kəmiyyətlər, proseslər tədqiq olunur. İstifadə olunma müddətinə görə suölçmə məntəqələri aşağıdakı növlərə bölünür: 1) daimi məntəqələr – uzun müddət üçün nəzərdə tutulur və burada stasionar olaraq səviyyə ölçülür; 2) müvəqqəti məntəqələr – tədqiqat-axtarış və tikinti vaxtları üçün yaradılır. İşlər tamamlandıqdan sonra onlar ləğv edilir; 3) səyyar məntəqələr – tədqiqat-axtarış dəstələrinin dayanacaq yerlərində tətbiq olunur. Konstruksiyalarına görə suölçmə məntəqələri aşağıdakı qruplara bölünür: 1) sadə məntəqələr – su səviyyəsi tamasa üzərində olan bölgülü şkalaya görə təyin edilir; 2) ötürücü məntəqələr – səviyyə su səthindən kənarda qeyd olunur. Bunun üçün ötürücü cihaz və avadanlıqdan istifadə olunur; 3) özüyazan məntəqələr – avtomatik olaraq müvafiq özüyazan cihazlar vasitəsilə səviyyə ölçülür; 4) məsafəli məntəqələr – səviyyənin dəyişməsi məlumatları fasiləsiz olaraq ölçmə yerindən istənilən qəbulediciyə ötürülür.
SULARIN MİNERALLAŞMA DƏRƏCƏSİNƏ GÖRƏ TƏSNİFATI
SUTOPLAYICI SAHƏ, SUTOPLAYICI HÖVZƏ
OBASTAN VİKİ
Yaşayış məntəqələri
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir. Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır.
Ən şimalda yerləşən yaşayış məntəqələri
Əhalisinin sayı 100 mindən çox olan şimalda yerləşən şəhərlər.